adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Fevral 2021 10:17
31769
HADİSƏ
A- A+

Ötən gün borca görə axtarışda olan 23 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbaut xidmətindən Adalet.az-a veriln məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.