adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Fevral 2021 16:54
49363
ŞOU-BİZNES
A- A+

Aygün Səmədzadənin dedikləri bəyənilmədi

“Bayağı mahnıları oxuyan ifaçılar mənə müraciət etməsinlər. İndidən deyirəm. Necə ki, müğənni bəstəkarı seçir, bəstəkar da müğənnini seçir”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri Respublikanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə “Söhbət var” verilişində qonaq olarkən söyləyib:

“Əgər bayağı ifaçıları seçsəm, mən Aygün Səmədzadə olmaram. Peşəkar ifaçıların yaradıcılığıma müraciət etməsi mənim şansımdır. Mənə müraciət edən kəslərin hərəsinin gözəl səsi var. Hər biri fərqlidir, hər biri gözəldir”.

Qeyd edək ki, Aygün Səmədzadənin bu fikri insanlar tərəfindən birmənalı qarşılanmayıb. Kimisi onun dediklərini dəstəkləsə də, bəziləri ona qarşı çıxıb, onu müğənniləri bəyənməməkdə ittiham edib.

Rövşən Tahir