adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Fevral 2021 16:11
36191
HADİSƏ
A- A+

Ermənistanda baş verən zəlzələ Naxçıvanda hiss olundu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44-km şimalda Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, fevralın 13-də İrəvanda 4,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla saat 15.28-də baş verib.