adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Fevral 2021 20:50
37930
MƏDƏNİYYƏT
A- A+

Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər baş tutub

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli  Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər edib, qoruğun fəaliyyəti ilə tanış olub.

Qoruq əməkdaşları ilə keçirilən görüş zamanı onların gələcəkdə daha keyfiyyətli iş və səmərəli nəticələrə yönəlmiş təkliflərini dinləyib.

A.Cəfərli post-pandemiya dövrünün çağırışlarına və gözləntilərinə uyğun fəaliyyətin  qurulmalı olduğunu bildirib. Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustanın unikal qayaüstü təsvirləri ilə təkcə ölkə miqyasında deyil, həm də dünyanın azsaylı bənzər abidələri sırasında xüsusi yer tutduğunu vurğulayıb.

Dövlət Xidmətinin rəis müavini qoruğun fəaliyyətinin daha da gücləndirilməsi barədə, habelə gələcək fəaliyyət istiqamətləri və görüləcək işlər ilə bağlı tapşırıq və tövsiyələrini verib.