adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Fevral 2021 16:20
35880
İQTİSADİYYAT
A- A+

Bitkoinin qiyməti yeni rekord müəyyənləşdirdi

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti yeni rekord müəyyənləşdirib.

“CoinDesk” resursunun məlumatına əsasən, Bakı vaxtı ilə saat 10:12-də rəqəmsal pulun qiyməti 49 265 ABŞ dolları təşkil edib. Beləliklə də, bitkoinin qiyməti 50 min səviyyəsində olan texniki və psixoloji həddə bir qədər də yaxınlaşıb.

Xatırladaq ki, kriptovalyuta “Tesla” şirkətinin 1.5 milyard dollarlıq sərmayəsindən və ödənişləri bitkoinlə qəbul etməsi xəbərindən sonra yüksəlişə keçib.