adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2021 11:14
32211
ŞOU-BİZNES
A- A+

“Allah İlhaməyə analıq hissini rəva bilmədi”

"İlhamə haqqımda söyləmişdi ki, Flora 7 dəfə ərə gedib. Taleyi Allah yazıb, mən də yaşamışam. İlhaməyə bir ər də qismət olmadı".

Adalet.az saytı xəbər verir ki, bu sözləri Respublikanın Xalq artisti Flora Kərimova "ATV Maqazin Onlarla" verilişində qonaq olarkən mərhum sənətkar İlhamə Quliyeva barədə söyləyib:

"Millətim məni bağışlasın, ər məşuq deyil. Sən mənə deyirsən ki, 7 dəfə ərə gedib?! Mən ana olmuşam. Mən evimin xanımı da olmuşam, qulluqçusu da. Sənin payına nə düşdü?! Sən nigaran qaldınmı, övladın məktəbə gedəndə ac qalar?! Sən o hissi yaşadınmı?!

Allah İlhaməyə analıq hissini rəva bilmədi. Ona o xoşbəxtliyi rəva bilmədi.
Mən ər çörəyi yemişəm. 15 ərim olsa da, 50 ərim olsa da, ər çörəyi yemişəm. Əgər Allah mənim çörəyimi kəsərsə, millətimin çörəyini yeyərəm. Mən küçə sərgüzəştlərinin çörəyini yemərəm.
Sağlığında mənimlə barışmaq üçün çox cəhdlər elədi. Televiziyada gah qızımı təriflədi, gah da məni. Yanıma adam göndərirdi. Amma bağışlamadım. Bağışlamaq o dediyi sözləri boynuma alıb səsləndirdiyi sözlərə layiq olmaq deməkdir. Mən necə bağışlayım?!

İlhamə ilə danışmasam da, ifasını bəyənirdim. Vəfatından sonra mahnısını bir-iki nəfər oxudu, amma heç yapışmadı mənə. Mahnını elə oxuyurdu ki, doğrudan da, yanırdı. O hərdən elə oxuyurdu ki, adamın ürəyi ağrıyırdı. Amma nə olsun, xasiyyəti xasiyyət deyildi".

Rövşən Tahir