adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Fevral 2021 13:45
44030
ŞOU-BİZNES
A- A+

Demet Akalın onu koronavirusa yoluxduran dostlarını qınadı: “Bu necə cahillikdir?!”

Türkiyəli məşhur müğənni Demet Akalın sevgilisi Onak Kurtla COVID-19-a necə yoluxmağından danışıb.

“Hürriyet” məlumat verir ki, Okan Kurt virusa yoluxandan sonra Akalın evdə özünü təcrid edib.

Müğənninin sözlərinə görə, onlar koronavirusa Uludağda yoluxublar:

“Uludağa tətilə getdik. Bizimlə orda olan dostlarımız yeddi gündən sonra virusa yoluxduqlarını dedilər. Əvvəldən deyə bilməzdilərmi, bu necə cahillikdir?! Axı oteldə qapalı mühitdə birlikdə idik. Evdəki baxıcı da öskürürdü, əvvəlcə ondan yoluxduğumuzu düşündük. Test etdirdi, nəticəsi neqativ çıxdı. Ondan yoluxmadığımıza görə, demək ki, dağda yoluxmuşuq”.

O, xəstəliyi yüngül keçirdiyini deyib:

“Mən yaxşıyam, şükür ayaq üstəyəm. Sadəcə bir az boğazım ağrıyır. Virus Okanın ciyərlərinə qədər gedib. Amma ağır keçirmir, özünü piss hiss etmir”.

Xatırladaq ki, məşhur sənətçi Uludağa getməzdən əvvəl izləyicilərinə demişdi ki, ola bilsin ki, orada konsert versin.