adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Fevral 2021 13:34
58674
ŞOU-BİZNES
A- A+

Demet Akalın: "Koronavirusa Uludağda yoluxduq"

Həyat yoldaşı Okan Kurt ilə birlikdə koronavirusa yoluxan və evdə müalicələrini davam etdirən Demet Akalın özünün yaxşı olduğunu, lakin virusun Okanın ciyərlərinə yayıldığını söyləyib.

Adalet.az saytı xəbər verir ki, virusa Uludağda tətildə olarkən yoluxduqlarını qeyd edən Demet “Mən yaxşıyam. Allaha şükürlər olsun ki, özümü yaxşı hiss edirəm. Sadəcə yüngül boğaz ağrım var. Lakin virus Okanın ciyərlərinə qədər enib. Barmaq qədər hissə ləkəlidir. Buna baxmayaraq o da xəstəliyi ağır keçirmir, özünü yaxşı hiss edir” sözlərini deyib.

“Baxıcıdan şübhələnirdik, amma Uludağda yoluxubmuşuq”

Məşhur müğənni virusa harada və necə yoluxduğunu da izah edib: “Uludağa tətilə getdik. Eyni ortamda olduğumuz dostlar özlərinin virus daşıyıcısı olduqlarını bizə 7 gün sonra dedilər. İnsan daha tez söyləyə bilməzmi? Bu nə cahillik? Sözün açığı evimizdə olan baxıcı da öskürürdü, ilk başlarda ondan şübhələnirdik ki, birdən ondan bizə keçər. Amma o, test verdi, nəticə neqativ çıxdı. Baxıcıdan yoluxmadığımız üçün çox güman Uludağdakılardan yoluxmuşuq”.

Rövşən Tahir