adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Fevral 2021 13:27
56184
ƏDƏBİYYAT
A- A+

Gənc yazardan yeni kitab

Gənc yazar və bəstəkar Aysel Kərimin yeni şeirlər kitabı nəşr olunub.  “Kəpənəyin göz yaşı” adlı kitab “Qanun” nəşriyyatında işıq üzü görüb.

Kitabın redaktoru şair Dayandur Sevgindir.  Ön sözün müəlliflərisə AYB-nin gənclərlə iş üzrə katibi, “525ci-qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır.

Aysel Kərimin bəstələdiyi mahnıları Gülüstan Əliyeva, Fidan Hacıyeva, Brilliant Dadaşova, Nüşabə Ələsgərli, Mətanət İsgəndərli və digərləri ifa edib.

Eyni zamanda prezident təqaüdçüsü, Gənclər və İdman Nazirliyi tərəfindən verilən “İlin gənci” mükafatı laureantlarındandır.

 

Emin