adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Fevral 2021 20:12
31043
SAĞLAMLIQ
A- A+

Avropa Komissiyası əlavə 300 milyon vaksin əldə edəcək

Avropa Komissiyası ABŞ-ın "Moderna" şirkəti ilə əlavə 300 milyon doza koronavirus vaksininin tədarükü ilə bağlı ikinci müqaviləni təsdiq edib.

Adalet.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

O əlavə edib ki, Avropa İttifaqında 22 milyon nəfər vaksinin birinci dozasını, 7 milyon nəfər hər iki dozasını qəbul edib.

U.Lyayen əlavə edib ki, koronavirusun yeni variantlarının yayılmasının qarşısının alınması üçün yeni fəaliyyət planı qəbul olunub.