adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Fevral 2021 09:54
37898
KRİMİNAL
A- A+

Borca görə axtarışda olan daha 21 nəfər saxlanılıb

Fevralın 17-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.