adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Fevral 2021 11:56
29039
SAĞLAMLIQ
A- A+

Naxçıvanda 3500 tibb işçisi vaksinasiya edilib

Naxçıvan şəhərinin tibb müəssisələrində, o cümlədən muxtar respublikanın rayonlarında səhiyyə işçiləri arasında COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın ilk mərhələsi başa çatıb.

Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, rayon mərkəzi xəstəxanalarının, gigiyena və epidemiologiya şöbələrinin, kənd sahə xəstəxanalarının, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin də tibb işçiləri “CoronoVac” vaksini ilə peyvəndlənib. Bütövlükdə, 3 min 500 nəfər tibb işçisi vaksinasiya edilib. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiyada heç bir problem müşahidə olunmayıb.

Peyvəndin birinci dozası vurulduqdan 21-28 gün sonra ikinci doza vurulur.

Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində də ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Xüsusi işçi qrupu tərəfindən həyata keçirilən peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan şəxslərə vurulur.