adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Fevral 2021 23:10
53994
TEXNOLOGİYA
A- A+

WhatsApp yeni qaydaları qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edəcək

"WhatsApp" sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq.

Adalet.az Qazeta.ru-ya istinadən xəbər verir ki, 15 may tarixinədək istifadəçilər bu qaydaları qəbul etməyə bilər. Qeyd edilən tarixdən sonra isə "WhatsApp" tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

Xatırladaq ki, "WhatsApp" qeydiyyat müqaviləsinə fərdi məlumatların "Facebook"a köçürülməsinə dair bənd əlavə edərə istifadəçilərinin tənqidinə səbəb olub.