adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Fevral 2021 10:00
24731
SAĞLAMLIQ
A- A+

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 110 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 381 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 381 841 nəfər yeni koronavirusa yoluxub, 10 715 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 110 384 747, ölənlərin isə 2 446 008 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 27 628 834 nəfər. Siyahıda daha sonra Hindistan (10 977 387), Braziliya (10 030 626), Rusiya (4 151 984), Böyük Britaniya (4 095 273), Fransa (3 499 305), İspaniya (3 121 687), İtaliya (2 780 882), Türkiyə (2 624 019), Almaniya (2 378 883), Kolumbiya (2 212 525) və Argentina (2 046 795) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.