adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Fevral 2021 15:54
34359
ELM VƏ TƏHSİL
A- A+

Fevralda Azərbaycanda 225 şagird koronavirusa yoluxub

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 1-21 fevral tarixlərində ölkə ərazisində 4427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib".

Bu barədə Adalet.az-a Təhsil Nazirliyindən bildirilib.

Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub: "1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib".