adalet.az header logo
  • Bakı 17°C
23 Fevral 2021 16:15
47509
ŞOU-BİZNES
A- A+

“Xatirənin sözündə həqiqət var” - AÇIQLAMA

Xatirə İslamın “Kanallar müğənnilərə pul ödəməlidir” fikri günlərdir ki, müzakirə olunur. “Doğrudanmı, müğənnilər qonarar müqabilində proqramlara qatılmalıdır? Belə bir hal yerli kanallar üçün nə dərəcədə keçərlidir? Elə bu suallarla şou-biznes nümayəndələrinə müraciət etdik.

Roza Zərgərli: “Xatirə xanımın sözündə həqiqət var. Amma buna daha çox kanal rəhbərləri fikir bildirməlidir. Xatirə xanımın dedi ki, buna nəzarət edilməli, ifaçılara diqqət göstərilməlidir. Qoy telekanallar buna rəy bildirsinlər. Müğənni hansısa bir aparıcıya görə, verilişin reytinqini nəzərə alıb proqrama qatılır. Düşünürəm ki, müğənniyə də verilişdən gələn gəlirdən qonarar ayrılmalıdır. Xaricdə hazırda belədir. Mən TRT-də çıxış edəndə bunu görmüşəm. Azərin xanımın verilişdə idim o vaxt. Həmin proqramda mənimlə kontrak imzaladılar. Nə edəcəyəm, neçə mahnı ifa edəcəyəm, bunlardan neçəsi canlı olacaq? Bu meyarlara görə sonda da qonorar verdilər. Fikrimcə, müğənniyə qonarar verilməsinə daha çox kanal rəhbərləri münasibət bildirsə, yaxşı olar”.

Təranə Səmədova: “Müğənnilərə pul ayrılması dünyanın hər yerində mövcuddur. Xatirənin tələbini məqsədəuyğun hesab edirəm. Düzdür, pandemiya ilə əlaqədar kanalların özlərinin belə gəlir səviyyəsi yaxşı deyil. Odur ki, Xatirəyə hansısa qonarar ödənilməsindən söhbət belə gedə bilməz. Hətta onu kanallar qara siyahıya da ata bilərlər. Sənətçilərə dəstəyəm, onlara qonarar ödənilməsinin tərəfdarıyam. Amma bunu Azərbaycan televiziya məkanı üçün uyğun hesab etmirəm”.

Bahar Lətifqızı: “Xatirə xanım bu yaxınlarda belə bir fikir bildirdi ki, müğənnilərə qonarar ödənilsin. Hərənin öz fikri var. Kimisi yaxşı qəbul edir, kimisi pis. Mənim də özümə görə subyektiv düşüncələrim var. Bir sənətkar, bir müğənni, tanınmış insan efirə çıxırsa və o proqrama reytinq verirsə, ona pul verilməsi daha yaxşı olar. Bu hal mümkün olmazsa da, nə etmək olar?! Hər kəsin fikrinə hörmətlə yanaşıram. Mənim də fikrim odur ki, müğənni reytinq verirsə, ona qonarar ödənilməlidir”.

Şəhriyar Məhərrəmov: “İllərdir, bunu deyirəm də, yazıram da. İndi Digital platforma dövrüdür. Söhbət təbii ki, məşhur müğənnilərdən gedir. Mən özüm bir o qədər də məşhur deyiləm, amma yenə də efir buna diqqət etməlidir. Elə müğənnilər var ki, onun bu dəqiqə efirə ehtiyacı yoxdur. Sosial şəbəkədə daha çox izlənilir, nəinki televiziyada. Həmin müğənni efirə çıxırsa, ona qonorar ödənilməlidir. Çünki həmin verilişə baxırlarsa, müğənniyə görə baxırlar. Verilişin arasında reklamlar gedir, yəni, sən ordan pul qazanırsan. Özünə, sənətinə hörmət edən populyar müğənni pul müqabilində efirə çıxmalıdır. Müğənnilər sözü bir araya qoyub efirə çıxmasalar, onlar da məcbur qalıb pul verəcəklər”.

Rövşən Tahir

Orxan Saffari