adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Fevral 2021 16:29
33554
ANALİZ
A- A+

“Şirkətlərimiz Xəzər dənizində əməkdaşlığa hazırdır” - Çavuşoğlu

Bu gün keçirdiyimiz görüşlərdə hansı sahələrdə hansı addımların atılacağını, nə kimi "yol xəritələri"nin hazırlanacağını müzakirə etdik.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu il Prezident Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfəri gözlənilir. Türkiyə lideri türkmənistanlı həmkarı tərəfindən rəsmi səfərə dəvət alıb.

Çavuşoğlu, həmçinin Türkiyə-Azərbaycan-Türkmənistan zirvəsinin Türkmənistanda keçirilməsinin planlaşdırıldığını deyib.

O, Xəzər dənizində Türkmənistanla Azərbaycan arasında əldə edilmiş razılıqdan Ankaranın məmnun qaldığını deyərək, "bizim şirkətlərimiz də Xəzər dənizində əməkdaşlığa hazırdır", - söyləyib.

Çavuşoğlu əlavə edib ki, türkmən qazının Türkiyəyə gəlməsi və Türkiyə üzərindən Avropaya çatması üçün üzərimizə düşəni etməyə hazırıq.

Digər Xəbərlər