adalet.az header logo
  • Bakı 18°C
24 Fevral 2021 10:44
41025
HADİSƏ
A- A+

Yataqxanadakı yanğın söndürüldü

Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb. Yangın səhər saatlarında başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub. Məlumata görə, yangın binanın dam örtüyündə baş verib. 

Adalet.az-ın əməkdaşı   bina sakini Ağdam rayonundan məcburi köçkün Eldəniz Hüseynovla telefon əlaqəsi yaradıb. E. Hüseynov bildirib ki, yangın söndürülüb, qaz, işıq verilişi də qaydasındadır... .

Qeyd edək ki, adıgedən yataqxanada 29 ildir məcburi köçkünlər məskunlaşıb və yataqxana bərbad vəziyyətdədir.

Əntiqə Rəşid