adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Fevral 2021 12:30
36595
ŞOU-BİZNES
A- A+

Bülent Ersoy Alpaya sərt cavab verdi: "Sənətkar doğulursan"

Sənətçi Alpayın "Zeki Müren Türk klassik musiqisini korlayıb. Sərhədsiz davranışları ilə Türk xalqına pis örnək olub" deməsinin ardınca Türk sənət dünyasının divası Bülent Ersoy sosial media hesabında səsləndirilən fikirlərə cavab verib. O, "Sənətkarların şəxsi həyatları ilə sənətlərini bir-birinə qatmayın. Zeki Müren böyük bir sənətkardır" sözlərini söyləyib.

"Zeki Müren pis örnək olmuşdur"

Alpay bir neçə gün bundan öncə Zeki Müren haqqında hər kəsi şok edəcək sözlər demişdi: "On qulağım olsa, biri ilə belə Zeki Müreni dinləmərəm. Müren pis üslubu və kobud Türkcəsiylə musiqimizi korlamışdır. O, davranışları ilə Türk xalqına pis örnək olmuşdur. Özü özünü "Sənət günəşi" elan edib".  Alpayın səsləndirdiklərindən sonra məşhurlar tərəfindən ona qarşı təpkilər göstərilməyə başlanıldı.

"Susa bilmədim"

Təpkilər bir-birinin ardınca gələrkən Zeki Mürene həddindən çox bağlı olan Bülent Ersoy sosial media hesabından bir açıqlama verdi. Mürenin oxuduğu "Karanlık ufukdan güneş doğmadı" əsərini paylaşan Ersoy "Hörmətli izləyicilərim, bu günlərdə gündəm olan bir açıqlama qarşısında susa bilmədim. Çünki mövzu sənət və sənətkardır. Türk musiqi tarixinin ən çətin dövrlərindən birinə aid olan bu mahnı Zeki Mürene aiddir. Saz ustadları, musiqi alətlərinin dahisi Ercüment Batanayla (mənim özüm də ustad ilə birlikdə bir neçə il işləmişəm və bundan böyük qürur hissi duyuram) və Zeki Arif Ataergin ilə birgə çalışmışdır Müren. Odur ki, iki böyük sənətkarın birgə ərsəyə gətirdiyi və Zeki Mürenin ifa etdiyi əsəri sizə bir daha təqdim etməyi özümə borc bildim" deyərək Alpaya meydan oxudu.

"Sənətkar olmursan, sənətkar doğulursan"

Zeki Mürenin böyük sənətkar olduğunu söyləyən Bülent sözlərinə belə davam etdi: "Sənətkarlar güclərini səslərindən, istedadlarından və savadlarından alarlar. "Sənətkar olmursan, sənətkar doğulursan" sözləri tam da Zeki Mürene aiddir. O, doğulmuş əsl bir sənətkar idi. Sənətkarın özəl həyatını sənəti ilə qarışdırmaq olmaz. O dövrdə yaşamış sənətkar haqqında daha layiqli çıxış etmək lazımdır".

Rövşən Tahir