adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Fevral 2021 23:17
35332
MƏMLƏKƏT
A- A+

"Azəriqaz"ı sərt tənqid etdi: " Heyif qonorarsız oxuduğum səsləndirməyə"

ATV kanalının aparıcısı Pərvin Əsgərli "Azəriqaz" İstehsalat Birliyini tənqid edib. O, bu barədə "facebook" hesabında yazıb:

"Bu qarlı, şaxtalı gündə Əhmədlidə qaz yox səviyyəsindədir. 5 saatdır, bir çayniki qaynadacaq gücü yoxdur qazın. 104-ə zəng edib özüm özümə qulaq asmağa utandım, Vallah. Heyif "Azəriqaz"a oxuduğum qonorarsız səsləndirməyə".

İzləyicilərdən biri Pərvin Əsgərliyə "Ceyhuna zəng et" sözlərini yazıb. Xanım aparıcı isə "Bu yazını o və digər məsul şəxslər görür" cavabını verib.

Rövşən Tahir