adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2021 10:27
21278
SAĞLAMLIQ
A- A+

COVID-19 xəstəsinin ağciyərləri köçürülən qadın 61 gün sonra ölüb

ABŞ-da COVID-19-a yoluxmuş qadının ağciyəri köçürülən xəstə ölüb.

Bu barədə “American Journal of Transplantation” məlumat yayıb.

Xəstə xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkib və müalicə üçün transplantasiya şərt olub. Donor kimi avtomobil qəzasında beyin travması alması nəticəsində ölən qadın seçilib. Hər iki qadının ağciyər nümunələri uyğun gəldiyi üçün həkimlər ağciyər köçürülməsini məqbul hesab ediblər. Xəstədən və donordan götürülən koronavirus testinin nəticələri də mənfi olub.

Əməliyyat uğurlu keçsə də, bir neçə gün sonra xəstənin nəfəs almasında problem yaranıb. Götürülən test onda COVID-19 olmadığını göstərsə də, əlamətlər pnevmoniyaya uyğun gəlib.

Bir qədər sonra isə diaqnoz təsdiqlənib. Xəstə 61 gün sonra ölüb.

Qeyd olunur ki, donorda ölümündən bir neçə gün əvvəl simptomlar olmasa da, ağciyərlərində virus mövcud olub.