adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2021 20:00
28726
İDMAN
A- A+

“Qarabağ”ın forma qalmaqalı davam edir: Qərardan tribunala şikayət olundu

“Qarabağ” serbiyalı futbolçusu Uroş Matiçlə bağlı AFFA Apelyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb.

Oxu.Az xəbər verir ki, AFFA İntizam komitəsinin iki gün əvvəl çıxardığı qərara əsasən, “Sumqayıt” - “Qarabağ” oyununda səkkiz nömrəli futbolçunun formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün klub üç min manat məbləğində cərimələnib.

Azərbaycan çempionu müraciətində bildirib ki, klub həmin matçda forma geyinməyən, bir dəqiqə belə meydanda olmayan Uroş Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır.

“Qarabağ” qərarın ləğvi üçün AFFA Apelyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət göndərib.