adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Fevral 2021 21:48
18084
MƏMLƏKƏT
A- A+

Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək

Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə "Kənddən Şəhərə" Yarmarkası bu həftəsonu yenə fəaliyyətdə olacaq.

Bu barədə Adalet.az-a Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

O qeyd edib ki, 27-28 fevral tarixlərində saat 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Yarmarkanın ünvanları:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A