adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2021 22:39
27594
İDMAN
A- A+

Morata "Portu" ilə oyundan sonra huşunu itirib

"Yuventus"un hücumçusu Alvaro Morata səhhətində ciddi problemlər yaşayır.

Qol.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, ispan hücumçu sitomeqalovirus infeksiyasına yoluxub. Onun Çempionlar Liqasında "Portu" ilə ilk oyundan (1:2) sonra  paltardəyişmə otağında huşunu itirdiyi bildirilir.

“Çox oyun keçiririk. Adi mövsümdə də davamlı olaraq müəyyən səviyyədə oynamaq çətindir. Bəzi problemləri var idi. Əvvəlcə soyuqdəymə, sonra bağırsaq pozğunluğu. Bu, normal məşq etməsinə mane oldu və bir az formasını itirdi. O, yüksək səviyyəli bir oyunçudur. Mövsümü bitirməyimizə kömək etmək üçün əla formada olacaq" - deyə klubun idman direktoru Fabio Paratiçi Moratanın durumu ilğ bağlı bildirib.

Sitomegalovirus herpes ailəsindən olan virusdur və əksər sağlam insanlarda özünü göstərmir. Lakin zəifləmiş bədəndə qızdırma, baş ağrısı, burun axıntısı, yorğunluq və SARS üçün xarakterik olan digər simptomlara səbəb ola bilər.