adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Fevral 2021 13:33
16394
MƏMLƏKƏT
A- A+

Zaur Əliyev: Əmi, o ermənini öldür

1023 nəfəri əsirlikdən və 500-dən çox dağ və meşə yolu ilə qaçan Xocalı sakinlərinin xilaskarı Milli Qəhrəman Allahverdi Bağırovun soyqırımdan beş gün sonra Ağdamda dedikləri. Öz qulağımla eşitmişəm.

"Biz Xocalıya köməyə gedəndə fermada ermənilərin saxladıqları azərbaycanlıları xilas edən zaman dörd ermənini də həbs etdim. Bir uşaq var idi, əsir götürülənlər içərisində. Ağdama doğru gələndə o uşaq yaxınlaşıb mənə Əmi o ermənini öldür, o mənə çox zülm verib deyəndən sonra tapançamı çıxardıb həmin ermənini öldürdüm. Uşaq dərindən nəfəs alıb sağ ol əmi, ürəyim sakitləşdi deyəndən sonra gözlərim yaşardı".