adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Fevral 2021 08:00
19561
ANALİZ
A- A+

QAPANMAYAN XOCALI YARASI-29

Xocalı faciəsi erməni daşnaqlarının azərbaycana qarşı həyata keçirdiyi ən qanlı, ən qorxunc və ən dəhşətli soyqırım hadisəsidir. Tarixə nəzər salanda ermənilərin hər bir vasitədən istifadə edərək körpə, əliyalın, günahsız körpə və sivil vətəndaşları necə amansızlıqla öldürdüyünün şahidi oluruq. Vətən müharibəsində biz bir daha bunun şahidi olduq ki, Müzəffər Azərbaycan Ordusuna yenik düşən daşnaqlar beynəxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə edərək sivil vətəndaşlarımızı hədəf aldı. Nəticədə neçə-neçə mülki vətəndaş düşmən gülləsinin qurbanı oldu. Xocalı soyqırımı bu sadalanan terror və soyqırımlardan ona görə fərqlənir ki. burada sadə, günahsız və əliyalın Xocalıları qarşı, şaxtalı Fevral ayında özüdə gecə vaxtı qətlə yetirdilər. Nəticədə bütöv bir şəhər tarixdən silinmək təhlükəsi ilə üzləşdi. Ümumilli lider Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində düşmənin terrorist əməlləri daim ifşa olunur. Ermənilərin törətdikləri soyqırımlarla bağlı dünya ictimayyətində davamlı və dolğun məlumat verilir.

29 il bir igidin ömrüdür. Bu illər ötüb keçsə də törədilən soyqırım, tökülən qanlar heç zaman yaddan çıxmır. Bəli bir zamanlar əli-ayağı yalın dan, Ağdamdan, Füzulidən, Şuşadan çıxan oğullarımız bu gün tank belində Xocalının qisasını düşməndən aldı. Ancaq tarixin bizlərə vurduğu dərin Xocalı yarası barəsində nəinki biz eyni zamanda yetişməkdə olan gənc nəsil reallıqları dünya ictimayyətinə yaymaqla dünyaya ermənilərin nə qədər terrorist, cani olduğunu sübut etməlidir.

Azərbaycan hökumətinin prioritetlərindən biri də erməni daşnaqları, onların həyata keçirdiyi terror və soyqırım hadisələri ilə bağlı dünya ictimayyətini məlumatlandırmaqdır. Bu yöndə sistemli və davamlı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici səfərlərində, beynəlxalq tribunalarda çıxış edərkən çıxışında bu məsələyə xüsusi yer ayırır. Eyni zamanda Heydər Əliyev Fondunun dünyanın bir çox ölkələrində həyata keçirdiyi tədbirlər bu istiqamətdədir. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanin rəhbərliyi ilə müxtəlif ölkələrdə Xocalı ilə bağlı sərgi və tədbirlər təşkil olunub. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində düyna ölkələri Xocalı soyqırımı ilə bağlı kifayyət qədər məlumatlandırılıb. Bütün bunların nəticəsidir ki, Xocalı soyqırımını indiyədək dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatının 57 ölkəsi tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb və pisləyib. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Digər Xəbərlər