adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2021 16:37
25867
İDMAN
A- A+

Avropa çempionatının vaxtı açıqlandı

Kişi voleybolçular arasında Avropa çempionatının vaxtı açıqlanıb.

Qol.az xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytı məlumat yayıb.  Turnir 1 - 19 sentyabrda Polşa, Finlandiya, Çexiya və Estoniyada keçiriləcək.

Yarışda 24 yığma iştirak edəcək. İlkin mərhələdə komandalar 4 qrupa bölünəcəklər. 16 ən yaxşı yığma pley-off-a vəsiqə qazanacaq.

Qeyd edək ki, Avropa çempionatının son qalibi Serbiya olub.