adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Fevral 2021 20:16
25959
İDMAN
A- A+

“Monako” “Arsenal”ın hücumçusunu transfer etmək istəyir

“Monako” yay transfer pəncərəsi zamanı hücumu gücləndirmək niyyətindədir.

Knyazlığın klubu “Arsenal” və Fransa yığmasının hücumçusu 29 yaşlı Aleksandr Lakazeti transfer etməyə hazırlaşır.

Aleksandr Lakazet “Monako”nun yay transfer bazarındakı əsas hədəfidir.

“Arsenal” fransalı futbolçunu satmağa hazırdır.

Lakazetin müqaviləsi 2022-ci ilin yayına qədər etibarlıdır. Eyni zamanda, hücumçunun qiyməti 35 milyon avro ola bilər. Bu mövsüm o, 29 görüşdə 10 qol vurub.

Lakazet 2017-ci ilin iyulunda “Lion”dan “Arsenal”a keçib.