adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
27 Fevral 2021 23:11
23506
SAĞLAMLIQ
A- A+

Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 71 nəfər dünyasını dəyişib.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 503 nəfərə çatıb.

Məlumata əsasən, ölkədə 9 193 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 693 164 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 8 938 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 565 723 nəfər təşkil edir.