adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Fevral 2021 09:41
15620
DÜNYA
A- A+

II Dünya müharibəsinə aid bomba tapıldı

Böyük Britaniyanın Ekseter şəhərində II Dünya müharibəsindən qalmış və partlamamış bomba tapılıb.

Adalet.az xəbər verir ki, bu barədə yerli polis idarəsinin Tvitter səhifəsində qeyd edilib. Məlumata görə, şəhərin şimal-qərb hissəsindəki inşaat sahəsində tapılan bomba səbəbindən iki mindən çox ev boşaldılıb. İki metrlik bombanın zərərsizləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, II Dünya müharibəsi illərində Ekseter şəhərində Böyük Britaniyanın Kral Hava Qüvvələrinin bazası yerləşirdi.