adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Fevral 2021 10:34
23626
İDMAN
A- A+

"Yuventus" xal itirdi

"Yuventus" A seriyasında növbəti matçına çıxıb.

Adalet.az xəbər verir ki, Turin təmsilçisi 23-cü turda "Verona"nın qonağı olub.

Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Hesabı 49-cu dəqiqədə Kriştiano Ronaldo açıb. Ev sahiblərinin futbolçusu Antonin Barak 77-ci dəqiqədə bərabərlik qolunu vurub. Bütün səylərə baxmayaraq, "Yuventus" topu yenidən qapıdan keçirə bilməyib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 46 xalla 3-cü, "Verona" isə 35 xalla 9-cudur.