adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Fevral 2021 12:13
27981
İDMAN
A- A+

Futbol tarixinin ən yaxşı yeni bombardiri

"Yuventus"un futbolçusu  Kriştiano Ronaldo futbol tarixinin ən yaxşı bombardiri olub.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) məlumat yayıb.

IFFHS yalnız rəsmi oyunlarda ən yüksək səviyyədə vurulan qolları nəzərə alıb.

Portuqaliyalı hücumçu son olaraq İtaliya çempionatının 24-cü turunun "Verona" ilə matçda (1:1) fərqlənib. Bu, 36 yaşlı hücumçunun karyerasında 766-cı qolu olub. Bununla da Ronaldo bu göstəricidə rekordçu Peleni geridə qoyub. Braziliyalı əfsanə karyerasında 765 dəfə qol vurub.

Qeyd edək ki, Ronaldo bu mövsüm "Yuventus"da 29 matça çıxıb, 26 qol vurdu və 3 məhsuldar ötürmə verib.