adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Mart 2021 10:35
17786
DÜNYA
A- A+

ÇİN ABŞ-LA ƏMƏKDAŞLIĞA ÜMİD EDİR

Çin Ümid edir ki, qarşılıqlı hörmət və qarşıdurma yaratmadan ABŞ-la əməkdaşlıq edə biləcəklərinə ümid edir. Bu barədə Çin müdafiə nazirliyinin mətbuat xidməti bəyan edərək bildirib ki, bu hər iki dövlət tərəfindən atılmış düzgün addım olar.
   
"Hazırda Çin - Amerika münasibətləri mühüm mərhələdədir. Pekin və Vaşinqton arasında əməkdaşlıq hər iki tərəf üçün xoş münasibətlər qurmağa imkan verə bilər. Qarşıdurma isə hər iki ölkəyə yalnız ziyan vuracaq"- deyə Çinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin strateji şəhrində bildirilir.
    
" Hərbiçilər arasında münasibətlər hər iki ölkənin əsas vəzifələrindən biri olmalıdır. Ümid edirik ki, ABŞ Çinlə əməkdaşlığa üstünlük verəcək və iki dövlət liderlərinin konsensusa gəlməsi üçün, qarşıdurmanı aradan qaldıracaq, qarşılıqlı hörmət əsasında əməkdaşlığa şərait yaradacaq" - deyə bəyənatda bildirilir.
   
Çin tərəfi həmçinin ümid edir ki, ABŞ -la dialoq praqmatik əməkdaşlığı genişləndirəcək və fikir ayrılıqlarını danışıqlar yolu ilə aradan qaldıracaq.
  

Rüstəm Hacıyev