adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Mart 2021 15:45
19045
GÜNDƏM
A- A+

ERMƏNİ QARAÇILIĞI: TÜRKİYƏYƏ YENƏ ŞƏR ATDILAR 

Baxıram ermənilər yenə Türkiyəni şərləyirlər. Manukyandı-nədi belə bir açıqlama verib ki, guya Türkiyənin 15 nəfər xüsusi təyinatlısı xəlvətcə Gürcüstan ərazisindən Ermənistana keçiblər, məqsədləri də budur ki, Baş Qərargah rəisi Kasparyanı ya öldürsünlər, ya da oğurlayıb aparsınlar.

Bunu da bizim saytlar və eləcə də sosial şəbəkə istifadəçiləri heç bir şərh vermədən tirajlayırlar.

Əvvəla, türklər necə xəlvətcə Ermənistana keçiblər ki, artıq bütün dünya bundan xəbərdardı, hətta pəyədəkilər də.

İkinci, Kasparyan türklərin nəyinə gərəkdi, şorabaya qoyacaqlar, türklər ki donuz əti yemir?!

Üçüncüsü, ola bilər ki, Kasparyanı Ermənistandakı müəyyən revanşist qüvvələr aradan götürsün və bunu türklərin üstünə yıxsınlar. Və beləliklə, beynəlxalq qalmaqal yaratsınlar.

Türkiyə İstihbarat təşkilatı belə səs-küylü əməliyyat keçirmir. Yadınızdadırsa, Türkiyədən 4-5 min km. uzaqlıqda Afrikanın Keniya respublikasının paytaxtında Yunanıstan səfirliyinə sığınan Abdulla Öcalanı 31 yanvar 1999-cu ildə itqusdu edib götürüb gətirmişdilər. Dünya da bir gün sonra xəbər tutmuşdu.

Sayın Ərdoğanın belə bir sözü var: «Ansızın gələ bilərik».

Türklər «ansızın» iş görürlər, səs-küylə, şoula yox.

Necə ki, «ansızın» Abdulla Çatlı Parisdə ASALA-nın binasını partlatmışdı və ASALA təşkilatını «ansızın» məhv etmişdi və ermənilər hələ də özlərinə gələ bilmirlər.

Dostlar, erməni mənbələrinə istinad edəndə bir maraqlanın görün o xəbərin altında nə yatıb?!

P.S. Reyqanla Qəddafi düşmənçiliyin ən yüksək səviyyəsində idi. Qəddafi Reyqanın başına külli miqdarda pul qoymuşdu. Reyqan da demişdi ki, kim mənə Qəddafinin burnunu gətirsə, ona 20 sent pul verəcəm.

İndi Kasparyanın da qiyməti türklər üçün və elə bizim üçün də 20 sentdi.

Çox da şişirtməyin.