adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Mart 2021 15:48
18790
GÜNDƏM
A- A+

ŞƏRƏFSİZ QORBAÇOVA MƏLƏK DONU GEYİNDİRDİLƏR 

Srağagün Rusiyanın «Mir» telekanalında Mixail Qorbaçov haqqında bir saatlıq veriliş nümayiş etdirildi. Və şərəfsiz Qorbaçova mələk donu geyindirib o qədər təriflədilər ki! Raisa Qorbaçovaya da ilahə donu geyindirdilər.

Ən maraqlısı bilirsiniz nəydi? Heç demə, Qorbaçovun evindəki kabinetində iki yazı masası varmış. Birində özü oturub dövlət işlərini çalışırmış, birində də avrvadı oturub dövlət işləri ilə məşğul olurmuş. Raisa hətta Qorbaçovun çıxışlarını da yazırmış. Və onu da xüsusi qeyd elədilər ki, ailə çox «skromnı» yaşayırmış. Raisanın barmağındakı brilyant üzüyün qiymətinə Matenadaranın təzəsini tikmək olardı. Amma dedilər ki, kimlərinsə (oxu: ermənilərin) Raisaya brilyantlar bağışlamaları yalan söhbətdi.