adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Mart 2021 16:37
25151
SİYASƏT
A- A+

Ərdoğanla Putin arasında telekonfrans formatlı görüş olacaq

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telekonfransın təşkilinə hazırlıq işlərinin aparıldığını təsdiqləyib.

Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Qeyd olunur ki, iki ölkə lideri üçüncü “Akkuyu” Atom Elektrik Stansiyası blokunun təməlqoyma mərasimində onlayn iştirak edəcəklər.

D. Peskov həmçinin əlavə edib ki, telekonfransda prezidentlər arasında substantiv danışıqlar planlaşdırılmır.