adalet.az header logo
  • Bakı 20°C
01 Mart 2021 19:10
26692
İQTİSADİYYAT
A- A+

Dövlət Neft Fondu dollar satışını kəskin azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan Adalet.az-a verilən məlumata əsasən, 2021-ci ilin fevral ayı ərzində 437,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu isə 2020-ci ilin fevral ayı ilə müqayisədə 19,5 faiz və ya 106,1 milyon ABŞ dolları qədər, əvvəlki ayı ilə (2021-ci ilin yanvar) müqayisədə isə 32,2 faiz və ya 207,6 milyon dollar azdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində, 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.