adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Mart 2021 15:07
24711
İQTİSADİYYAT
A- A+

DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsi (DGK) 2 ayda büdcəyə əlavə 77,74 milyon manat köçürüb.

Adalet.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

O qeyd edib ki, ilkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 faiz əməl edib: "Nəzərdə tutulan proqnozdan əlavə 77,74 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub".