adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Mart 2021 15:15
28635
SAĞLAMLIQ
A- A+

Yoluxanların sayı bu gün də 300-ü keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 235 min 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 143 nəfər müalicə olunaraq sağalıb, 3230 nəfər vəfat edib. Aktiv xəstə sayı 2960 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 618 min 808 test aparılıb. Bugünkü test sayı isə 7928-dir.