adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Mart 2021 14:59
18792
DÜNYA
A- A+

KADIROV FTB-dən 250 MİN DOLLAR MÜKAFAT İSTƏDİ

ABŞ-ın Federal Təhqiqat İdarəsi Twitter səhifəsində Rusiyalı Biznesmen,   "Vaqner"in rəhbəri, Putinin yaxın ətrafından sayılan Yevgeni Priqojinə qarşı axtarış elan edildiyini və onun yerini bildirən  şəxsə 250 min dollar mükafat veriləcəyi barədə məlumat yerləşdirib.
   
Çeçen Respublikasının prezidenti Ramzan Kadırov FTB-yə rəsmi müraciət edərək, Yevgeni Priqojinin hazırda Qroznı şəhərində onun qonağı olduğunu bbildirib və ironik şəkildə vəd olunan 250 min dolların ona göndərilməsini tələb edib.
  
"Ametikan hökuçətindən bundan asan yolla pul almaq mümkün deyilmiş. Bu gün eşitdim ki, Piterburqlu biznesmen Yevgeni Priqojinin yerini deyən adama 250 min dollar mükafat verəcəklər. Belə imkanı əldən vermək axmaqlıq olardı. Ona görə də rəsmi müraciət edərək məlumat verirəm ki, axtarışa verdiyiniz Yevgeni Priqojin hazırda Qroznu şəhərində mənim qonağımdı"- deyə Çeçenistanın  rəhbəri Kadıtov Teleqram-kanalda yazıb.
  
Çeçenistanın prezidenti bəyan edib ki, vicdan əziyyəti çəkmədən,  məmuniyyətlə qazandığl mükafatı nağd şəkildə almağa hazırdı.
  
"Bilirsiniz, Avropa İttifaqı və ABŞ  mənə qarşı saksiya tədbiq edərək xarici banklardakı milyonlarla dollarıma əl qoyub- mən o pulları geri ala bilmirəm. Ona görə də xahiş edirəm mənim mükafatımı 20 dollarlıq əskinaslarla,  nağd şəkildə bir çemodana yığın  və Qroznuya göndərin. Burda hamı məni tanıyır, evimin yolunu göstərərlər"- deyə Ramzan Kadırov FTB-lə məzələnib.
  
Çeçen rəhbəri pulu aldıqdan sonra Priqojinin dəqiq yerini deyəcəyinə söz verib: "Hazırda o mənim yanımdadır və heç şübhələnmir də ki, tezliklə onu kovboylar ölkəsinə səfər gözləyir. Sözlərimin təsdiqi üçün Priqojinlə birgə şəkilimizi də göndərirəm. Amma saxta dollar göndərməyin, yoxlatdıracam".

Rüstəm Hacıyev