adalet.az header logo
  • Bakı 13°C
04 Mart 2021 19:45
25657
İDMAN
A- A+

Stadionda sönən işıqlar “Neftçi”yə baha başa gəldi

AFFA İntizam Komitəsi “Neftçi” futbol klubunu dörd min manat məbləğində cərimələyib.

Buna Bakı klubunun Premyer Liqanın 18-ci turunun “Sabah”la ev oyununda (2:1) işıqlandırma səbəbindən fasilələr yaranması səbəb olub.

Həmçinin “Sumqayıt” – “Zirə” matçında (0:0) Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibləri 800 manat cərimə olunub.