adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Mart 2021 21:56
27928
ŞOU-BİZNES
A- A+

Əvvəlcə Bülent Ersoy, daha sonra Saraçoğlu insanları qıcıqlandırdı

Günlərdir, Bülent Ersoyun 55 tülkünün xəzindən hazırlanan palto geyməsi müzakirələr olunur. Ona qarşı sərt təpkilər davam edərkən modelyer Gülşah Saraçoğlu da proqrama gerçək xəz geyinərək çıxıb.

Əvvəllər də bir neçə dəfə  xəz geyindiyi üçün tənqid olunan Bülent Ersoyun bu dəfə 55 tülkünün xəzindən hazırlanan qiyməti 450 TL olan palto aldığı iddia edildi. Qısa müddət ərzində tənqid hədəfinə çevrilən Ersoy xəz satın aldığını təkzib edib.

Aydınlıq gətirdi

Bülent Ersoy: "Üzərimdə olan xəz illər öncə alınıb. Sanki yeni sifariş verib almışam kimi göstərməyə çalışırlar, lakin belə deyil. Bununla yanaşı hər il qış vaxtı bu tipli xəbərlərin yazılmasından yoruldum. Nəzərdən keçirsək, görərik ki, Türkiyənin özündə belə neçə heyvansevər insan xəz geyinib bu vaxtacan. 55 tülkünün xəzindən hazırlanması yalanını kim söyləyib, bilmirəm. Məsələnin dərinliyinə baxsaq, paltonun 1 və ya 55 tülküdən hazırlanması heç nəyi dəyişmir. 55 və ya 1, hamısı canlı heyvandır".

Canlı yayıma xəz paltoda çıxdı

Bülent Ersoyun yalanlamasına rəğmən günlərdir, davam edən mövzunun hədəfinə Gülşah Saraçoğlu da tuş gəldi. TV8-də yayımlanan moda proqramında juri olan Saraçoğlu efirə xəz geyinərək çıxıb.

Qarderobumda daha 8 dəyərli xəz var

Məşhur modelyer daha öncə xəzləriylə bağlı verdiyi açıqlamada "Qarderobumda daha 8 dəyərli xəz var. Nə edim, gerçək xəz sevirəm" demişdi.

Hətta 2019-cu ildə sosial media hesabında xəz geyinib fotolarını paylaşan Saraçoğlu o zaman ona qarşı çıxan məşhurlara "Mən qətiyyən saxta xəz geyinmərəm. Üşüyürəm, geyinirəm. Bu qədər! Bundan başqa dünyada kürk geyinən tək mənəm? Məni qınamaq əvəzinə özünüzü qınayın" söyləmişdi.

Rövşən Tahir