adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Mart 2021 11:42
19665
MƏMLƏKƏT
A- A+

FHN: Ötən gün 34 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.