adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Mart 2021 13:40
22940
SAĞLAMLIQ
A- A+

ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb

Koronavirus pandemiyası bütün 2021-ci il boyunca davam edəcək.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

O bildirib ki, pandemiyanın 2022-ci ilin əvvəlinədək bitməsini gözləmək olar:

"Hesab edirəm ki, 2021-ci il də koronavirus ili olacaq. Amma pandemiyaya nəzarət etmək daha asan olacaq. Gözləmək olar ki, pandemiya 2022-ci ilin əvvəlinədək başa çatacaq. Amma bu o, demək deyil ki, virus itəcək".