adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Mart 2021 11:45
41600
MARAQLI
A- A+

MEŞƏDƏ ƏDALƏT NECƏ BƏRPA OLUNDU

Uzun müddət işsiz qalmış Ayı eşidir ki, meşədə vakansiya var. Gedib maraqlananda məlum olur ki, vakansiya yalnız Dovşan vəzifəsi üçündür. Naçar qalmış Ayı məcbur olub Dovşan kimi qeydiyyatdan keçir və tezliklə yeni vəzifəsinin icrasına başlayır. Bütün günü meşədə Ayı kimi tər töksə də bir Dovşan maaşı almaqla kifayətlənməli olur. Lakin bir müddətdən sonra öyrənir ki, elə bu meşədə bir Dovşan Ayı adı ilə "oformit" olub işləyir və təbii ki, Ayı maaşı alır.

Ayı bu haqsızlığa dözməyib yuxarı instansiyaya şikayət məktubu göndərir, bir müddətdən sonra şikayəti yoxlamaq üçün ŞiRLƏRDƏN ibarət komissiya meşəyə təşrif buyurur.

Komissiyanın sədri Dovşanı çağırıb soruşur:

-- Cənab Dovşan, şikayət var ki,siz bu meşədə Ayı maaşı alırsınız. Deyin görüm, sizin bunu təsdiqləyəcək rəsmi sənədiniz varmı?

Dovşan sakitcə Ayı kimi işə götürülməsi haqqında əmrin surətini komissiyaya təqdim edir.

Sonra Ayını da çağırıb sənədlərini yoxlayan komissiya sədri son qərarını bildirir:

-- Cənab Ayı, sizin bu şikayətiniz əsassızdır. Çünki əldə olan rəsmi sənədlərə əsasən siz bir Dovşan, o isə Ayıdır və maaşlarınız da tam ədalətlə ödənilir! Beləliklə, meşədə ƏDALƏTİ bərpa edən komissiya üzvləri meşədə doyunca yeyib-içəndən sonra geriyə yola düşürlər.

Soruşa bilərsiniz: Bu kiçik hadisənin MAHİYYƏTİ və İBRƏTİ nədən ibarətdir? Sadəcə o komissiyanın bütün üzvləri ŞİR kimi qeydiyyatdan keçmiş EŞŞƏKLƏRDƏN ibarət idi!

Paylaşdı: Ranar