adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Mart 2021 15:52
16774
SİYASƏT
A- A+

PARTİYALARIN  SAYI 6 DƏNƏ  AZALDI

Yeni Azərbaycan Partiyasının  növbəti qurultayında 6 partiya YAP-a birləşdiklərini  elan etdilər. Həmin partiyalar  aşağıdakılardır: 

1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır);
2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Məmməd Məmmədov);
3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur);
4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova);
5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur);
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur).