adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Mart 2021 13:04
25332
SİYASƏT
A- A+

Çavuşoğlu: “Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü planlaşdırılır”

Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli sammiti keçirilə bilər.

Bu barədə Türkmənistanda səfərdə olan Türkiyənin Xarici İşlər (XİN) naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdumuhammedov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəsinə dəvət edib. Bununla bağlı tarix müzakirə olunub və görüş iyun-iyul ayları üçün nəzərdə tutulub.

“Həmçinin həmin ziyarət zamanı Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü keçirilməsi planlaşdırılır. Bu sammitdə vacib sazişlər imzalanacaq. Dolayısı ilə münasibətlərimizin hüquqi bazasını daha da gücləndirəcəyik”, - deyə XİN rəhbəri əlavə edib.