adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Mart 2021 20:00
27697
HADİSƏ
A- A+

Karxanada başına daş düşən fəhlə öldü

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Report” xəbər verir ki, hadisə bu gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən daş karxanalarının birində baş verib.

Daş karxanasında fəhləlik edən Cəlilabad rayon Uzuntəpə kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ariz Bəhramxan oğlu iş vaxtı başına daş düşməsi nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.