Ciddi xəstəliyin xəbərçisi olan “zərərsiz” əlamət açıqlandı
Əllərdə və ya ayaqlarda tez-tez uyuşma kimi “zərərsiz” bir simptom ciddi xəstəliyin xəbərçisi ola bilər.
“Pyatıy kanal”ın məlumatına görə, bu barədə rusiyalı terapevt İrina Yeskova danışıb.
O, bu təhlükəli xəstəliklər arasında şəkərli diabet, dağınıq skleroz və romatoid artridi göstərib. Həkimin sözlərinə görə, belə hallarda neyropatiya inkişaf edir, bunun da nəticəsində sinir kökləri əziyyət çəkir.
Bundan əlavə, uyuşma Reyno xəstəliyinin (aşağı və yuxarı ətrafların arterial damarlarının xəstəliyi) inkişafını göstərə bilər.
“Soyuğa çıxanda barmaqlar mavi olur. Müalicə edilmədiyi təqdirdə qanqren inkişaf edə bilər”, - deyə o, xəbərdarlıq edib.
Digər Xəbərlər
17 Aprel 2024 16:00
Antibiotiklərin zərəri varmı?
16 Aprel 2024 09:54TƏBİB sürücülərə MÜRACİƏT ETDİ
16 Aprel 2024 09:25Çexiyada göy öskürək kabusu: Rekord sayda yoluxma var
15 Aprel 2024 14:37Çingiz Abdullayev qidadan zəhərlənməyib - RƏSMİ
15 Aprel 2024 11:44