adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Mart 2021 19:00
21758
DÜNYA
A- A+

Fahrettin Koca: “Türkiyə vətəndaşlarına 10 milyondan çox koronavirus peyvəndi vurulub”

Türkiyədə ümumilikdə vaksinasiya prosesinin başlanmasından bu günə kimi 10 milyondan çox peyvənd vurulub.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkə hesabında paylaşım edib.

“Əmək verən bütün personalımıza təşəkkür edirəm. Millətimiz ən yaxşısına layiqdir”, - deyə türkiyəli nazir bildirib.